EN

Azərbaycan gəncləri – dövlətin gələcəyidir - MƏQALƏ

Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutan məsələlərdən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldmuşlar.

Hazırda ölkəmizdə gənclər ümumi əhalinin təxminən 22,7 %-ni təşkil edir.

Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, təhsil, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Dövlət gənclər siyasəti – gənclərin öz bilik və bacarıqlarını, təbii potensialını effektli reallaşdırmasını, cəmiyyətdə layiqli yer tutmasını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlər və həyata keçirilən tədbirlər sistemidir. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir.

Gənclər siyasətinin əsas istiqamətləri “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə aşağıdakı kimi müəyyənləşdirilib:

1.Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı;

2.İstedadlı gənclərə dövlət qayğısı;

3.Gənclərin sağlamlığının qorunması və fiziki inkişafı;

4.Gənclərin məşğulluğunun təmin edilməsi;

5.Gənc ailələrə dövlət yardımı;

6.Gənclər təşkilatlarına dövlət yardımı.

Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. 1997-ci il fevralın 1-də “2 fevral” - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında ümummilli lider Heydər Əliyev tərəfindən Sərəncam imzalamışdı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Prezident İlham Əliyev gəncləri cəmiyyətin fəal hissəsi və ölkənin gələcəyinin təminatı hesab edir. Dövlət siyasətinin başlıca məqsədi gənclərin vətənpərvər, intellektual və yüksək qabiliyyətli vətəndaşlar kimi yetişməsi üçün şərait yaratmaqdır. Gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, təhsil və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə ölkə başçımız İlham Əliyev tərəfində bir çox Dövlət Proqramlarına dair sərəncamlar imzalamışdı.

Sərəncamlarda ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin əsas istiqamətləri açıqlanmışdır. Proqramlara uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlər həyata keçirilmişdir.

Azərbaycan son illərdə yalnız siyasi və iqtisadi sahələrdə deyil, elm və innovasiya mühitində də beynəlxalq inteqrasiyanı gücləndirən ölkələrdən biri kimi çıxış edir. Bu prosesdə Azərbaycan gənc alimlərinin “Avropa Gənc Alimlər Şurası” (EYSC – European Young Scientists Council) kimi nüfuzlu beynəlxalq platformalarda təmsil olunması mühüm əhəmiyyət daşıyır. 2011-ci ildən Azərbaycan Avropa Gənc Alimlər Şurasının tamhüquqlu üzvüdür. Şura Avropanın 35 ölkəsinin gənc alimlərini özündə birləşdirir.

Bu iştirak Prezident İlham Əliyevin elmə, təhsilə və gənc intellektual kadrların inkişafına yönəlmiş dövlət siyasətinin məntiqi nəticəsidir. Bu qurumda təmsil olunmaq elmi potensialın, akademik səviyyənin və tədqiqat keyfiyyətinin beynəlxalq səviyyədə tanınması deməkdir. Hazırda ölkədə 200-ə yaxın gənclər təşkilatı, 20 dən artıq ali məktəbdə fəaliyyət göstərən tələbə gənclər təşkilatları var. Ümumilikdə Azərbaycan gənclərinin 8 forumu keçirilmişdir. Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq təşkilatlara üzv qəbul edilmişdir.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc dünyanın aparıcı universitetlərində təhsil almışdır. Bu gün, ölkəmizin ehtiyac duyulduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın nüfuzlu ali məktəblərində təhsil almış azərbaycanlı gənclər ölkəyə qayıdaraq dövlət və özəl sektorda çalışırlar. Nəticədə, bu “Dövlət Proqramı” milli kadr potensialının əhəmiyyətli dərəcədə güclənməsinə yüksək təsir göstərmişdi.

Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir.

Bu gün, sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verirlər.

Təbii ki, bu, cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, öz nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Sonda qeyd etmək istəyirəm ki, dövlət tərəfindən bu yüksək münasibətə cavab olaraq, Azərbaycanın parlaq gələcəyinin təminatçıları olan gənclər, bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı və öz siyasətində gənclərə arxalanan ölkə Prezidentinin etimadını həmişə doğruldaraq bütün fəaliyyətlərində İlham Əliyevin uğurlu daxili və xarici siyasi kursunu təbliğ etməklə və yüksək aktivlik göstərməklə ölkə başçılarına cənab prezident İlham Əliyevə dəstək olmalıdılar.

İlham Quliyev

YAP Yasamal rayon, “Neftqazelmitədqiqatlayihə” institutu üzrə ərazi partiya təşkilatının sədr müavini.

Chosen
5
1
sia.az

2Sources