EN

Rəşad Məcid: Azərbaycanda yaradıcı gənclər daim diqqət mərkəzində saxlanılırlar

Bakı, 2 fevral, AZƏRTAC

Bu gün gənclərimizlə qürur duyuruq. Ölkəmizin müxtəlif sahələrdə fəaliyyət göstərən uğurlu gəncləri var. Azərbaycanda yaradıcı gənclər də daim diqqət mərkəzində saxlanılırlar. Gənc yazıçı Xanım Aydın çoxşaxəli fəaliyyəti ilə seçilir. Onun insan hisslərinin dərin qatlarına təsir edən şeirləri var.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Prezident Kitabxanasında Azərbaycan Gəncləri Günü münasibətilə gənc yazıçı Xanım Aydınla keçirilən görüşdə deyib.

O bildirib ki, Xanım Aydının müxtəlif mətbu orqanlarda dərc olunan şeirləri var. "Onun nəsr yaradıcılığı da var. Eyni zamanda, jurnalist kimi peşəkar şəkildə fəaliyyət göstərir", - deyə Rəşad Məcid vurğulayıb.

Chosen
23
azertag.az

1Sources