EN

“Prezident mükafatını aldığım gün babam vəfat etmişdi...”

“Prezident mükafatına layiq görülmək böyük qürur və sevinc hissidir. Eyni zamanda bu, ciddi məsuliyyətdir. Çünki bu ada layiq olmaqla yanaşı, onu ömür boyu doğrultmaq və daşımaq bizim üçün böyük borcdur”.

Publika.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında dövlət başçısının yanvarın 30-u imzaladığı Sərəncamla Prezident mükafatına layiq görülmüş Sərxan Ağadadaşov deyib.

O qeyd edib ki, bu onun dövlət başçısının layiq gördüyü növbəti mükafatıdır: “İlk mükafatımı 2022-ci ildə keçirilən “TEKNOFEST”də almışam. Həmin müsabiqədə iki nominasiya üzrə qalib olub. Nominasiyalardan birinin kuboku Prezident İlham Əliyev, digəri isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib”.

Sərxan Ağadadaşov bildirib ki, Prezident mükafatını aldığını öyrəndiyi an onun üçün bir qədər çətin olub: “Çünki həmin gün babam vəfat etmişdi. Onu dəfn etdikdən sonra bu xəbəri aldım. Çox istərdim ki, babam bu uğurumun sevincini yaşaya biləydi. Bir gənc olaraq böyüklərimizi sevindirmək, ölkə rəhbərliyinin etimadını doğrultmaq bizim üçün həm şərəf, həm də borcdur”.

Chosen
23
5
publika.az

6Sources