EN

Yanvar ayında 48 aptekdə yoxlama keçirilib, 7-də nöqsan aşkarlanıb

Ötən ay Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparıb.

SİA xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Qeyd olunub ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.

Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1, 452.2 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Chosen
20
22
sia.az

10Sources