Bakı. Trend:
Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və VolodimirZelenski arasında danışıqlar Moskvada keçirilməlidir.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi DmitriyPeskov bildirib.
“Zelenski təmaslar qurmağı təklif edir. Putin bildirib ki, onlarMoskvada mümkündür. Bizim mövqeyimiz olduğu kimi qalır. Kifayətqədər ardıcıl mövqedir”,- Rusiya prezidentinin mətbuat katibibildirib.
Peskov ayrıca Ukrayna ilə bağlı danışıqlara Moskvanın açıqolduğunu vurğulayıb.
Bundan əlavə, o bildirib ki, Ukrayna böhranının nizamlanması iləbağlı bəzi məsələlərdə razılaşmaya yaxınlaşmaq mümkün olub, bəziməsələlərdə isə hələlik belə nəticəyə nail olmaq mümkünolmayıb.