ain.az, Sportal.az portalına istinadən məlumat verir.
“Qarabağ”ın yeni transferi Jeremi Qnali ilə bağlayacağı müqavilənin müddəti bəlli olub.
Sportal.az "sportinfo.az" saytına istinadən xəbər verir ki, Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanmış Ağdam klubu fransalı legionerlə 2 illik sövdələşib. Anlaşmaya əsasən, kontrakt sonradan daha 1 il uzadılacaq.
Bu, “köhlən atlar“ın verəcəyi qərardan asılıdır. O. artıq Azərbaycana gəlib. “AEK Larnaka”dan dəvət olunan əcnəbi bu gün tibbi baxışdan keçəcək. Sol cinah müdafiəçisinin sağlıq durumunda problem aşkarlanmasa, münasibətlər rəsmiləşəcək.
Kipr təmsilçisi Azərbaycan klubundan gələn təklifi qənaətbəxş hesab edib. AEK-də sol cinah müdafiəçisi mövqeyi üçün daha iki alternativin (Anxel Qarsiya və Xayro İskierdo) olması onun ölkəmiə transferini asanlaşdırıb. 23 yaşlı Qnali bu mövsüm Larnaka komandasının heyətində meydana çıxdığı 26 rəsmi matçda 5 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.