Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyində (ASCO) kadr islahatları aparılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, ASCO-nun Daxili nəzarət departamentinin rəisi Vaqif Quliyev təqaüd yaşına çatması ilə əlaqədar, Maliyyə və uçot departamentinin rəisi Fəxrəddin Həsənov isə öz ərizəsi əsasında vəzifəsindən ayrılıb.
ASCO-dan sorğumuza cavab olaraq xəbəri təsdiqləyiblər.
Murad İbrahimli