EN

"Burada böyüdüləcək nə var?": Səlim Müslümovdan açıqlama

27 milyon manatlıq mənimsəmədə təqsirli bilinən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş əmlakı satışa çıxarılıb.

"Cebheinfo.az" Manset.az-a istinadla xəbər verir ki, o bu barədə ətraflı danışmaq istəmədiyini bildirib:

"Mənə aid olan əmlak müsadirə olunub, satışa çıxarılıb, əlavə heç nə deyə bilmərəm. Burada böyüdüləcək nə var? Nə deyə bilərəm ki?" - sabiq nazir qeyd edib.

Xatırladaq ki, ümumilikdə sabiq nazirin 20 milyon manatlıq əmlakı dövlət nəfinə müsadirə edilib. Ötən ay onun 2 mənzili 490 min manata satışa çıxarılıb.

"Cebheinfo.az"

Chosen
4
12
cebheinfo.az

10Sources