Yanvar ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.
Publika.az xəbər verir ki, bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.
Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.