“Rəfah” sərhəd-keçid məntəqəsiiki illik fasilədən sonra hər iki istiqamətdə yenidən açılıb. Razılaşmaya əsasən, 150 fələstinli Qəzzanı tərk edə biləcək.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Hazem Qassem açıqlama yayıb.
"Məntəqənin açılması Qəzzadakı Fələstin xalqının hüququdur. Müqavilənin birinci mərhələsinin əvvəlində açılması planlaşdırılırdı. Lakin işğalçılar bu prosesi gecikdirdi", - deyə o qeyd edib.
Qassem fələstinlilərin Qəzza zolağına tam azad şəkildə girib-çıxmaq hüququna malik olduğunu vurğulayıb. Bəyanatda vasitəçi və qarant ölkələrdən fələstinlilərin Qəzzada yeni blokada modelinə məruz qalmasının qarşısını almaq üçün "Rəfah" sərhəd keçid məntəqəsində İsrailin hərəkətlərini yaxından izləmələri tələb olunub.