EN

Mərkəzi bankdan manatla bağlı açıqlama Maaşlara da təsir edəcək

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Mərkəzi Bankın açıqladığı statistik göstəricilər göstərir ki, son aylarda Azərbaycan manatının dövretmə sürəti azalmaqda davam edir. Ekspertlər bu tendensiyanı həm iqtisadi fəallığın zəifləməsi, həm də bazarda likvidliyin məhdudlaşması ilə əlaqələndirirlər.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, dövretmə sürətində azalma müşahidə olunur, lakin bu əhəmiyyətli dərəcədə deyil:“Dövrətmə sürəti azalıb, düzdür, amma ciddi şəkildə azalmayıb. Manatın dövrətmə sürətinin azalması iqtisadi aktivliyin zəifləməsinin göstəricisidir. Keçən ilin artımı cəmi 4% olub, yəni bu aktivliyin azalması manatın dövriyyə sürətinə də təsir edən amillərdən biridir. Əsas amil olmasa da, nəzərə alınmalıdır”.Ekspert əlavə edib ki, Mərkəzi Bankın bu vəziyyətə müdaxilə imkanları məhduddur:“Bu sahədə Mərkəzi Bankın edə biləcəyi iş kifayət qədər azdır; əsas funksiyası regulativ qərarlar qəbul etməkdir. Əsas məsələ hökumətdədir. Hökumət iqtisadiyyatı canlandırmaq üçün addımlarını gücləndirməli, beləliklə manatın dövrətmə sürətinin artmasını təmin etməlidir”.Valyutanın dövretmə sürətinin azalması sadə dildə desək, bazarda pulun "donması" və ya insanların xərcləmə meyillərinin zəifləməsidir. Bu, gələcəkdə iş yerlərində artımın yavaşlaması, maaş artımlarının məhdudlaşması və ya ticarət dövriyyəsinin aşağı düşməsi səbəbindən xidmət sektorunda durğunluq kimi hiss oluna bilər. Pul nə qədər sürətlə dövr edərsə, iqtisadi rifah və gəlir əldə etmək imkanları bir o qədər geniş olur.Qeyd edək ki, manatın dövretmə sürətinin azalması həm iqtisadi fəallığın, həm də bazardakı likvidliyin vəziyyətini əks etdirən önəmli göstərici hesab olunur.Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
demokrat.az

1Sources