EN

“Bunlar dövlətimizi və Qələbəmizi ləkələmək planlarının tərkib hissəsidir” Zahid Oruc

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

““Ruskiy mir” və Fars dilinin əhatəsində ölkə başçısı Azərbaycan dövlət dilinin suverenliyi ideyasını irəli sürür”

“2020-ci ilin sentyabrına qədər Azərbaycan dövlətinə qarşı bir geosiyasi təzyiq silah vardı-Qarabağın işğalı. Demokratiya və insan hüquqları, ədalətli seçki və media azadlığı tələbləri torpaqlarımızı işğalda saxlamaq, təbii sərvətlərimizi ələ keçirmək üçün siyasi deklarasiyalar kimi istifadə olunurdu. Xarici siyasətimizə, iqtisadi qərarlarımıza təsir göstərmək üçün dərhal atəşkəs rejimini pozurdular”.

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüqları komitəsinin sədri Zahid Oruc plenar iclasda çıxışında bildirib.

“Prezident İlham Əliyevin liderliyi ilə qazandığımız Qələbə təkcə düşmən ordularını ərazilərimizdən çıxarmadı, həm də Azərbaycana qarşı təzyiq silahlarını məhv etdi. İndi hərbi meydanda məğlub olanlar informasiya məkanında ölkəmizə qarşı ikinci cəbhə açıblar”, - millət vəkili qeyd edib.

Komitə sədri vurğulayıb ki, xüsusilə də süni intellekt əsaslı fake və deepfake əməliyyatları gündəlik rejimdə aparılan hibrid savaşdır: “Məqsəd Qələbəmizi, 8 avqustda Ağ Evdə əldə olunan razılaşmaları, Ermənistanla imzalanacaq sülh müqaviləsini sarsıtmaq, yenidən xalqları düşmən etmək, regionu sümürmək, eləcə də Böyük Orta Asiyanın bir parçasına çevrilən, Yaxın Şərqdə sülhyaradıcı qüvvə kimi çıxış edən, Rusiya-Ukrayna müharibəsindən və İranla qlobal gərginlikdən uğurla qorunan dövləti siyasi yolundan döndərməkdir.

Prezidentin hərbi Qələbəni- Sülh Zəfərinə çevirməsi qlobal müharibə partiyasını narahat edir. Göründüyü kimi, regionda sanksiya və embarqolara məruz qalmayan tək ölkəyə son 100 ildəki kimi Ermənistan vasitəsilə təzyiq edə bilmirlər. Ona görə də dövlət başçısına qarşı aparılan böhtan və şər kampaniyası bir şəxsiyyət-lider əleyhinə deyil, dövlətimizi və Qələbəmizi ləkələmək planlarının tərkib hissəsidir”.

Z.Oruc qeyd edir ki, müasir kommunikasiya əsrində süni zəka proqramları terror mediasının texnoloji silahıdır,hücumlar şəxsi qisas deyil, Natali Luazo, Rafael Qlüksman kimi siyasi lobbiçilərin və kəşfiyyat mərkəzlərinin birgə işidir.

Onun sözlərinə görə, sosial media korporasiyaları, youtube və digər platformalar hibrid müharibə cinayətlərinə görə hüquqi məsuliyyət daşıyırlar. Müstəqil dövlətlərin rəqəmsal suverenliyinə hücum silahlı müharibə ilə eyni əməllərdir: “Diqqət edin, Avropa Birliyi Ermənistana informasiya məkanını və rəqəmsal suverenliyni qorumaq üçün 15 milyon avro ayırır. Əlbəttə, öz pullarıdır, etirazımız yoxdur. Lakin Brüssel administasiyası ayaqlarına və beyinlərinə çip bağlanan sosial simasını itirmiş ünsürlərin ölkəmizə qarşı informasiya hücumlarına biganə qala bilməz. Söyüş və təhqir azadlığı demokratiya deyil. Azərbaycanın məhkəmə orqanları antikonstitusion çağırışlar yayan və milli dəyərləri gözdən salanlara qarşı hüquqi hökmlər çıxarıb, cinayətkarları Almaniya, Fransa və digər ölkələrdən geri istəyir. Biz Avropa Birliyininin hökumət və məhkəmə orqanlarından beynəlxalq konvensiyaların tələblərinə uyğun addım atmalarını gözləyirik.Mətbuat və söz azadlığı terrorçuları qorumaq üçün çətir ola bilməz. Müstəqil dövlətləri linç etməyi dayandırsınlar”.

Komitə sədri əlavə edib ki, Azərbaycan süni intellektin geosiyasi təzyiq silahına çevrilməsinə qarşı qanun qəbul edə, deepfake-i cinayət əməli, xaricdən idarə olunan hibrid kampaniyaları milli təhlükəsizliyə təhdid kimi dəyərləndirərək Meta, X, TikTok və digər kampaniyalardan “sil-blokla-izah ver” mexanizmi ilə cavabdehlik tələb edə bilər: “Metadata, səs izi, piksel anomaliyası, sosial medianın 7-24 monitorinqi, bot şəbəkələr, koordinasiyalı hücumların xəritəsi, hələ yayılmamış kampaniyanın zərərsizləşdirilməsi üçün yeni texnoloji həllər tapmalıyıq.Parlament üzvləri beynəlxalq görüşlərdə sığınacaq verən dövlətləri Qaçqınlıq satatusu haqqında 1951-ci il Konvensiyasının terrorçuları qorumaq üçün immunitet yaratmadığını vurğulaya bilər. Biz Milli Məclisdə yaradılan xarici müdaxilələrə və hibrid təhlükələrə qarşı komissiyasının fəaliyyətini təqdir edərək, onu genişləndirib Türk dövlətləri ilə birlikdə informasiya suverenliyimizi qoruya bilərik”.

Zahid Oruc çıxışında bildirib ki, ikinci təklifi Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının 80 illik yubileyində dövlət dili haqqında mühüm çağırışları ilə bağlıdır: “Təəssüf ki, çoxəsrlik faciəli tariximiz bizi qonşuları azərbaycanlılar olan dövlətə çevirib. İndi Vətən müharibəsində Qələbədən sonra 50 milyonluq azərbaycanlılar dil birliyindən yeni mədəni-mənəvi və siyasi yüksəliş mərhələsinə keçirlər. Ona görə də dilimizin coğrafiyasını genişləndirməliyik. İngilsi dili ABŞ və Britaniyanın dünyada ən böyük yumşaq gücü, mədəni işğal silahıdır.

Biz uzun illər məğlubiyyət dili ilə danışımışıq. Kitablarımız, əsərlərimiz, bütün yaradıcılıq nümunələrimiz soyrıqım və faciələrdən bəhs edib. Gəlin, indi qalibiyyət dilini, ədəbiyyatını, səlnaməsini, simfoniyasını, heykəltaraşlığını ərsəyə gətirək.Prezidentin mesajı odur ki, dövlət dilimizi xarici ölkələrdə məişət səviyyəsindən çıxarıb siyasi hökmran mövqeyə yüksəltmək istəyiriksə, güclü ideyalar, dəyərlər və əsərlər ixrac etməliyik. “Ruskiy mir” və Fars dilinin əhatəsində ölkə başçısı Azərbaycan dövlət dilinin suverenliyi ideyasını irəli sürür”.

Komitə sədri vurğulayıb ki, Milli Məclisin yaz sessiyasında ötən il uğurla keçirdiyi tədbiri nümunə alaraq, dövlətin dil siyasətinə həsr olunan xüsusi tədbirlər planının qəbulunu təklif edir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
25
5
azpolitika.info

8Sources