Rusiya və Ukrayna prezidentləri Vladimir Putin ilə Volodimir Zelenski arasında təmaslar yalnız Moskvada mümkündür.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Zelenski görüş təklif edir, Putin bunun Moskvada mümkün olduğunu bildirib. Bu, bizim mövqeyimiz olaraq qalır", - Kremlin sözçüsü vurğulayıb.