EN

Sədərəkdə 500 dən çox abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Naxçıvan, 2 fevral, AZƏRTAC

Sədərək rayonunun Sədərək kəndində qaz borusu korroziyaya uğrayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu səbəbdən yeraltı borunun yerüstü boru ilə əvəzlənməsi ilə bağlı bu gün saat 15-17 arası 553 abonentin qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri yekunlaşdıqdan sonra həmin əraziyə mavi yanacağın verilişi bərpa ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
2
azertag.az

3Sources