"Real"ın zədəli futbolçusu Cud Bellinqemin durumuna aydınlıq gəlib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı yarımmüdafiəçi La Liqanın 22-ci turunda "Rayo Valyekano" ilə oyunda (2:1) aldığı zədə səbəbindən uzun müddət oynaya bilməyəcək.
Tibbi heyət ona sol ayağın yarım vətər əzələsinin zədəsi diaqnozunu qoyub. Həkimlərin ilkin hesablamalarına görə, bərpa prosesi ən azı 1 ay çəkəcək.
Buna görə də Bellinqem Çempionlar Liqasının pley-off mərhələsində "Benfika" ilə hər iki oyunu buraxacaq.
Qeyd edək ki, Bellinqem ötən gün "Rayo Valyekano" ilə matçda meydanı 8-ci dəqiqədə göz yaşları içində tərk edib.