EN

Qarabağ İngiltərə klublarına qarşı yüksək tempdə oynamağa hazır deyil

ain.az bildirir, Redaktor.az portalına istinadən.

"Qarabağ" İngiltərə klublarına qarşı yüksək tempdə oynamağa hazır deyil.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, bunu Ağdam təmsilçisinin sabiq kapitanı Maksim Medvedev deyib.

Keçmiş müdafiəçi komandanın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" (İngiltərə) barədə fikirlərini bölüşüb.

"İngiltərə klublarına qarşı oyunlarımız hər zaman ağır olub. Həm qarşılaşmanın tempi, həm də keyfiyyət baxımından çətinlik çəkirik. Hələ ki, yüksək tempdə oynamağa tam hazır deyilik. Amma meydana çıxıb mübarizə aparmalıyıq. Artıq İngiltərənin digər klubları - "Çelsi" və "Liverpul"la oynamışıq, temp bizə bəllidir. Hansı üslubu seçdiklərini bilirik. Daim belə oyunlar olsa, təcrübə toplayıb daha yaxşı nəticələr qazana bilərik".

M.Medvedev maraqlı oyun gözlədiyini qeyd edib:

"Hazırda "Nyukasl"ın necə oynaması və heyəti barədə məlumatım yoxdur. Amma inanıram ki, "Liverpul"dan güclü olmayacaqlar. Ən azı başabaş oyun görmək istərdik".

Qeyd edək ki, komandalar arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
2
redaktor.az

3Sources