EN

Baltikyanı ölkələrin qazı azalıb

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Yeganə yeraltı qaz anbarı 70 faizdən çox boşdur

Baltikyanı ölkələrin yeganə yeraltı qaz anbarı 70 faizdən çox boşalıb və ehtiyatlar yanvar ayının sonuna qədər 30 faizdən aşağı düşüb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə "Qazprom"un “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, 31 yanvar tarixinə olan məlumata görə, İnçukalns anbarında qaz 29,6 faiz qalıb. İstilik mövsümü başlamazdan əvvəl vurulan qazdan daha çox qaz çıxarılıb.

"Qazprom" şirkəti hazırda yeraltı qaz anbarında mövsümün başa çatdığı 21 aprel 2025-ci illə müqayisədə daha az qaz olduğunu açıqlayıb.

Dövlət korporasiyası qeyd edib ki, "İnçukalns UGS qurğusunda kifayət qədər qaz həcminin olmaması Baltikyanı ölkələrdə və Finlandiyada soyuq hava şəraitinin davam etdiyi istehlakçılara etibarlı qaz təchizatı üçün ciddi problemlər yarada bilər".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
21
ayna.az

1Sources