Rusiyanın Orsk şəhərində "Diamond" dörd nəfərlik təlim təyyarəsinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.
Qaziler.az bildirir ki, bu barədə izvestiya yazıb.
Hadisə Janatalap kəndi yaxınlığında baş verib. Göyərtədə pilot və iki kursant olub; hamısı həlak olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti əlavə edib ki, xilasedicilər hadisə yerinə çatanda yanğın olmayıb.
QAZİLER.AZ