EN

BDU-nun tələbəsi və qardaşı faciəvi şəkildə öldü - FOTO

Xəbər verdiyimiz kimi, Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 
 
Moderator.az xəbər verir ki, qəzada Bakı Dövlət Universitetinin (BDU) tələbəsi Səma Mirzəyeva həlak olub. Bu barədə BDU məlumat yayıb. 
 
Səma Mirzəyeva "Dövlət və ictimai münasibətlər" ixtisası üzrə təhsil alırmış. O, qardaşı ilə birgə yol qəzasında vəfat edib. 
 
Məlumata görə, magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub. Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.
 
Faktla bağlı araşdırma aparılır.
Chosen
16
11
moderator.az

10Sources