EN

Xəzər rayonunda “2 fevral - Azərbaycan Gəncləri Günü” qeyd olunub

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xəzər Rayon İcra  Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı, Bakı Şəhər Gənclər və İdman İdarəsi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə “Gənc nəsil və Gələcəyin Şəhərləri” adlı bayram tədbiri keçirildi.

 Tədbirdə Xəzər Rayon İcra  Hakimiyyəti başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Rauf Əliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən Müharibəsi qaziləri və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak ediblər.

Bayram tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov açılış nitqi ilə çıxış edərək 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gəncləri təbrik etmiş, bu əlamətdar tarixi günün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulamışdır. Dahi şəxsiyyətin gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verdiyini vurğulayan rayon rəhbəri, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi cənab Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini onların diqqətinə çatdırmışdır.

Çıxış edən millət vəkili S.Məmmədov qeyd etmişdir ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etmişdir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir deyə bildirmişdir.

Ümumilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının gəncliyin inkişafına xüsusi diqqət yetirirdiyini çıxışında qeyd edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və YAP İdarə Heyətinin üzvü Rauf Əliyev ölkə rəhbərinin gənclər sahəsində daxili və xarici siyasətinin, icra edilən bir çox layihələrin Xəzər rayon gənclərinin də həyatında mühüm rol oynadığını, onlar üçün geniş imkanlar yaratdığını vurğulamışdırlar. Qeyd etdilər ki, Yeni Azərbaycan Partiyası gəncliyin inkişafına xüsusi diqqət yetirir. Həyata keçirilən bir çox layihələr, gənclərin tədbirlərinə dəstək verilməsi, onlar üçün geniş imkanların yaradılması buna əyani sübutdur.

Daha sonra çıxış edən gənclər Bakı Ali Neft Məktəbinin tələbəsi Dautov Elnur və 125№li tam orta məktəbin şagirdi, “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat müsabiqəsinin iştirakçısı İslamzadə Riyad müxtəlif sahələrdə uğur qazanan, özünü təsdiqləyən Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olduğunu bildirdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə ön və arxa cəbhədə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfərlə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, yüksək nailiyyətlər əldə etmiş bir qrup gənc təltif olundu.

Bayram tədbiri gənc muğənnilərin ifaları ilə yekunlaşdı.

Chosen
12
1
yeniazerbaycan.com

2Sources