EN

BDU-nun tələbəsi və qardaşı yol qəzasında vəfat etdi

BDU-nun
Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 1news.az xəbər verir ki, magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.
Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib. Qəzada faciəvi şəkildə həlak olan Səma Mirzəyeva Bakı Dövlət Universitetinin (BDU) tələbəsi olub.

Universitetdən bildirilib ki, o, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə III kursda təhsil alıb.

Chosen
8
11
1news.az

10Sources