EN

İrandakı etirazlarda ölənlərin rəsmi siyahısı açıqlanıb

İran Prezidentinin Aparatı son etirazlar zamanı həlak olanların adlarının ilkin siyahısını açıqlayıb.

News365.az xəbər verir ki, bu siyahı Prezident Məsud Pezeçkianın əmri ilə dərc olunub.

Açıqlanan siyahıya 2985 nəfərin adı daxildir. Amma ölənlərin rəsmi sayı 3117-dir.

Məlumatda deyilir ki, siyahı məhkəmə ekspertləri tərəfindən tərtib edilib və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sisteminə uyğunlaşdırılmış adlardan tərtib edilib.

İran hakimiyyəti etirazlar zamanı 3117 nəfərin öldüyünü bildirib - 2427 mülki şəxs və təhlükəsizlik əməkdaşı, eləcə də 690 "terrorçu".

Prezident Aparatının açıqlamasında deyilir ki, 131 nəfərin adı ilə bağlı dəqiqləşdirmələr aparılır.

Chosen
12
news365.az

1Sources