EN

ABŞ ordusu Ukraynadakı müharibənin təcrübəsinə əsaslanaraq müdafiəni öyrənir

ABŞ ordusu hazırda Ukraynada xüsusi hərbi əməliyyatlar zonasında aktiv istifadədə olan silahlara qarşı əks tədbirləri mənimsəməyə başlayıblar.

Herbiand.az bu barədə Forbes nəşrinə istinadən xəbər verir.

Nəşr qeyd edib ki, söhbət artıq real döyüş vəziyyətlərində effektivliyini sübut etmiş konkret silah növlərindən gedir.

Xüsusilə, fiber-optik pilotsuz uçuş aparatlarına xüsusi diqqət yetirilir. Bu, son iki ildə xüsusi hərbi əməliyyatlar zonasında aktiv istifadə edilən yeni sinifli simli drondur. Bu cihazlar aşkarlama və zərərsizləşdirmə zamanl əlavə çətinliklər yaradan bir sıra xüsusiyyətlərə malikdir.

Bəxtiyar CƏFƏRLİ

Chosen
16
herbiand.az

1Sources