EN

Bakalavrların həmin pillə üzrə oxumağa maraqları azalır Rəy

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Bəzi iş istiqamətlərində magistratura səviyyəsində təhsil alıb-almamaq o qədər də əhəmiyyət kəsb etmədiyi üçün bakalavrların həmin pillə üzrə oxumağa maraqları azalır”.

Bunu təhsil eksperti Elçin Əfəndi 525.az-a bildirib. Onun sözlərinə görə, magistraturada təhsil almaq istəyən şəxslər sırasında oğlan bakalavrlar çoxluq təşkil edirlər. Onlar həqiqi hərbi xidmətdən müəyyən müddətlik möhlət almaq üçün oxuyurlar:

“Qızlar bakalavrların bir hissəsi doktorantura istiqamətinə getmək üçün magistraturadan keçirlər, dgər qismi isə universitetdə işləmək fürsəti əldə etmək üçün magistraturaya üz tuturlar. Ötən il plan yerlərində, hətta dövlət sifarişli ixtisaslar belə, boş qalmışdı. Bu il isə o qədər boşluğun olacağını gözləmirəm. Çünki 2025-ci ildə müsabiqədən kənarda qalan, öz arzuladığı ixtisasa qəbul olmayan bakalavrlar bu il müsabiqəyə qatılıb, vəziyyəti bir qədər rəqabətli edəcəklər”.

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
525.az

1Sources