İran mətbuatının rəsmi siyahıya əsasən verdiyixəbərəgörə, ölən aksiya iştirakçılarının sayı 2985-dir. Məhkəmə-tibbi ekspertləri tərəfindən hazırlanan, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sisteminə uyğunlaşdırılan siyahıda qurbanların soyad, ad, ata adı və rəqəmsal identifikasiya nömrələri yazılıb.
Maraqlıdır ki, rəsmi Tehran əvvəlcə etiraz aksiyalarında 3117 nəfərin: 2427 mülki şəxs və təhlükəsizlik əməkdaşının, habelə 690 terrorçunun öldüyünü diqqətə çatdırmışdı.
Xatırladaq ki, İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə – 31 əyalətdən 27-sinə, ümumilikdə 92 şəhərə yayılıb.
Firudin Həmidli
AzVision.az