EN

“AzerGold”un qızıl və gümüş sikkələri ilk dəfə World Money Fair beynəlxalq sərgisində nümayiş olunub

“AzerGold” QSC-nin qızıl və gümüş sikkələri Berlində keçirilən World Money Fair beynəlxalq sərgisində ilk dəfə nümayiş olunub.

Dünyanın ən böyük sərgisi olan World Money Fair 2006-cı ildən etibarən Berlində təşkil olunur. Hər il 50-dən artıq ölkədən 300-dən çox iştirakçı bu nüfuzlu sərgidə numizmatika məhsullarını təqdim edir.

“AzerGold” tərəfindən pərakəndə satış bazarına təqdim edilən qızıl və gümüş sikkələr, eləcə də qızıl külçələr beynəlxalq sərginin iştirakçılarının böyük marağına səbəb olub. Ziyarətçilərə Azərbaycanın müasirliyini, tarix və incəsənətini, qədim ənənələrini təbliğ edən sikkələr barədə ətraflı məlumatlar verilib.

Chosen
13
vergiler.az

1Sources