EN

Zığ yolunda ağır qəza: Özünü itirən sürücü maşını iki dəfə dəmirlərə çırpdı VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi anbaan təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, qəza Zığ şossesində qeydə alınıb. Sol zolaqla hərəkətdə olan “Ford” markalı avtomobilin sürücüsü qəfil idarəetməni itirərək dəmir məhəccərlərə toxunub. Panikaya düşən sürücünün sükanı ani şəkildə sağa çevirməsi nəticəsində avtomobil nəzarətdən çıxıb və yenidən məhəccərlərə, bu dəfə daha güclü zərbə ilə çırpılıb. Hadisə nəticəsində avtomobilin ön hissəsi ciddi zədələnərək yararsız vəziyyətə düşüb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Oxunub 238

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
10
1
avtosfer.az

2Sources