EN

Gələcəyin məsuliyyəti, bu günün gücü

Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.

Hər il 2 fevral tarixində qeyd olunan Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai həyatında xüsusi məna daşıyan əlamətdar günlərdən biridir. Bu tarix Azərbaycan gəncliyinə göstərilən dövlət qayğısının, onlara olan inamın və gələcəyə yönəlik strateji baxışın rəmzidir. Gənclər Günü təkcə bayram deyil, eyni zamanda gənclərin cəmiyyətdəki roluna, üzərlərinə düşən məsuliyyətə və potensiallarına diqqətin ifadəsidir. 2 fevral gününün Gənclər Günü kimi elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzrlərində hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Bu qərar gəncliyin ölkənin sosial, siyasi və mədəni həyatında fəal iştirakının stimullaşdırılmasına mühüm töhfə vermişdir. Azərbaycan gəncliyi tarix boyu ölkənin taleyüklü məqamlarında ön sıralarda yer almışdır. Elm və təhsildə, idman və mədəniyyətdə, sahibkarlıq və innovasiya sahələrində əldə olunan uğurlar gənclərin bilik və bacarıqlarının göstəricisidir. Xüsusilə Vətən müharibəsi dövründə gənclərin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və vətənpərvərlik onların yalnız gələcəyin deyil, həm də bu günün əsas gücü olduğunu bir daha sübut etdi. Müasir dövrdə gənc olmaq böyük imkanlarla yanaşı, ciddi çağırışlar da deməkdir. Sürətlə dəyişən dünya, texnoloji inkişaf və qlobal rəqabət gənclərdən çevik düşünməyi, daim öyrənməyi və öz üzərində işləməyi tələb edir. Bu baxımdan Azərbaycan dövləti gənclərin təhsili, məşğulluğu, sağlam inkişafı və sosial fəallığı üçün müxtəlif proqramlar və layihələr həyata keçirir. Gənclər Günü hər bir gənc üçün düşünmək, öz yolunu və məqsədlərini yenidən dəyərləndirmək üçün bir fürsətdir. Bu gün bizdən gözlənilən yalnız şəxsi uğur qazanmaq deyil, eyni zamanda cəmiyyətə fayda vermək, milli dəyərlərə sadiq qalmaq və ölkəmizin inkişafına töhfə verməkdir. Güclü dövlət anlayışı məhz savadlı, məsuliyyətli və vətənpərvər gənclik üzərində qurulur. 2 Fevral – Azərbaycan Gəncləri Günü, gənclərin potensialına verilən dəyərin və gələcəyə olan ümidin ifadəsidir. Bu gün bir daha xatırladır ki, Azərbaycanın sabahı gənclərin bu gün atdığı addımlardan asılıdır. Hər bir gəncin özünə inamı, əzmi və təşəbbüskarlığı ölkənin ümumi inkişafında mühüm rol oynayır. Bu əlamətdar gün münasibətilə bütün Azərbaycan gənclərini təbrik edir, onlara sağlamlıq, uğur və böyük hədəflərinə çatmaq yolunda əzm arzulayırıq. 2 Fevral – Azərbaycan Gəncləri Gününüz mübarək!

Fuad Həbibzadə

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
sesqazeti.az

1Sources