Azərbaycanın I Liqa təmsilçisi "Şimal" heyətini gücləndirib.
Fanat.Az xəbər verir ki, çempionatın autsayderi "Araz-Naxçıvan"ın sabiq futbolçusu Elşad Əliyevi transfer edib.
26 yaşlı hücumçu yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Elşad Əliyev karyerası "Araz-Naxçıvan"la yanaşı, "Sumqayıt-2", "Zaqatala", "Cəbrayıl" və "Şəki Siti"də də oynayıb.