EN

Xəstəxanaya yerləşdirilən Xalq artistinin SON DURUMU

Xəbər verdiyimiz kimi Xalq artisti, rejissor Əbdül Mahmudov xəstəxanada müalicə alır.
Sevilən sənətkarın son durumunu öyrənmək üçün onunla əlaqə saxladıq.

Xalq artisti Bizim.Media-ya açıqlamasında özəl xəstəxanalardan birində müalicə aldığını bildirib:

“Əsas xəstəliyim qocalıqdır. Qocalmağımla əlaqəli hər şey qarışıb bir-birinə. Həyatım kimi xəstəliyim də fərqlidir. 4-5 xəstəlik aşkar olunub. Birinin müalicəsi o birinə zərər verir. Həkimlər sağ olsunlar, çalışırlar.  Xəstəliyim bronxdur, prostatdır, mədə-bağırsaqdır... İndi də sağ tərəfimdə yüngül “paralij” izləri var. Görək nə olur...”

Əbdül Mahmudov onu da qeyd edib ki, xəstəxanada ona xüsusi diqqət var:

“Mədəniyyət Nazirliyindən tez-tez gəlirlər, vəziyyətimlə, müalicəmlə maraqlanırlar. Çox razıyam”.

Surxay Atakişiyev, Bizim.Media

Chosen
2
bizim.media

1Sources