EN

Tramp “axmaq” aparıcını məhkəmə ilə hədələdi

Donald Tramp "Qremmi" mükafatlarının təqdimat aparıcısı Trevor Noanı "zavallı və istedadsız" adlandırıb.

"Yeni Sabah" xəbər verir ki, ABŞ Prezidenti öz sosial media platforması "TruthSocial"-da yazıb:

"Noa uğursuzdur, yaxşı olar ki, faktları dəqiqləşdirsin və qısa zamanda. Görünür, bu yazıq, zavallı, istedadsız, axmaq aparıcıdan şikayət vermək və ondan çoxlu pul tələb etmək üçün vəkillərimi məhkəməyə göndərməli olacağam... Hazırlaş, Noa, səninlə bir az əylənəcəyəm!"

Xatırlatma: aparıcı Trevor Noa zarafatla bildirib ki, Qremmi mükafatı hər bir sənətçinin "Trampın Qrenlandiyanı istədiyi qədər" arzuladığı bir mükafatdır, çünki Epşteynin ölümündən sonra "Bill Klintonla vaxt keçirmək üçün yeni bir adaya ehtiyacı var".


Telegram kanalımız
Chosen
43
yenisabah.az

1Sources