EN

Deputat dövlət qulluçularının vəzifədə yüksəlməsi ilə bağlı yeni təklif verdi

Bakı. Trend:

Prezident İlham Əliyevin ötən ilin noyabrında yeni təyin etdiyiicra başçılarını qəbul edərkən, daha sonra ilin yekunları ilə bağlıyerli televiziyalara açıqlama verərkən dövlət qulluğu ilə bağlısəsləndirdiyi fikirlər dövlət idarəçiliyinin prinsiplərini açıqformada bir daha bəyan edir.

Trend xəbərverir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğukomitəsinin üzvü Kamal Cəfərov parlamentin bugünkü plenar iclasındaçıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, vəzifə imtiyaz deyil,məsuliyyətdir:

“Vəzifəli şəxslər vətəndaşların yanında olmalı, onlarınproblemlərini həll etməlidirlər. Hər şeyi mərkəzdən gözləməməli,kiminsə qanunsuz tapşırıqlarını icra etməməlidirlər. Heç kiminsığortası yoxdur. Vəzifəsinin öhdəsindən gələ bilməyəni nə keçmişxidmətləri, nə də heç kim xilas edə bilməyəcək. Korrupsiya cinayətiisə həm də dövlətə xəyanət kimi qiymətləndirilir”.

Deputatın sözlərinə görə fəxrlə demək olar ki, bu gün dövlətqulluğunda peşəkar, intellektual, vətənpərvər və mənəvi cəhətdəntəmiz kadr bazası formalaşmaqdadır:

“Bunu şərtləndirən əsas institusional mexanizmlər – ali təhsilmüəssisələrinə qəbulun şəffaflığı və dövlət qulluğuna qəbulunobyektiv meyarlar əsasında olmasıdır. Bu təcrübənin əsasında həyatakeçirdiyimiz siyasətin davamı olaraq təklif edirəm ki, dövlətorqanlarında elə bir institusional sistem formalaşdırılsın ki, birdövlət orqanının ən ucqar kənddə, ən aşağı vəzifədə çalışanəməkdaşı biliyinə, bacarığına və fəaliyyətində göstərdiyinailiyyətlərə görə mərkəzi aparatın ən yüksək pillələrinə qədərucala bilsin.

Bəzi dövlət qurumlarında, xüsusilə publik hüquqi şəxslərdə bucür daxili insan resurslarının idarə edilməsi mexanizmi var, ancaqbu, dövlət orqanlarında institusional formada deyil. Yəni, misalüçün, Gədəbəydə dövlət qulluğuna başlayan gənc hiss etməlidir ki,yaxşı işləsə, bir neçə ilə Bakıda mərkəzi aparatda və ümumilikdəyüksək vəzifəyə təyin edilə bilər. Biz bunun qanunvericilikəsaslarını təkmilləşdirməli, bu sistemi institusionallaşdırmalıyıq.Bu yanaşma dövlətçilik yaddaşının, peşəkar özəyin qorunmasınaxidmət edəcək”.

Chosen
10
az.trend.az

1Sources