EN

Qızılın dövrü bitdi? Daha dəyərli element tapıldı

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər mediada qızılla bağlı yayılan xəbərlər ictimaiyyətdə ciddi maraq və müzakirələrə səbəb olub. Söhbət NASA tərəfindən araşdırılan və Marsla Yupiter arasında yerləşən 16 Psyche asteroidindən gedir.Demokrat.az xəbər verir ki, 16 Psyche adi asteroidlərdən fərqli olaraq əsasən metal tərkiblidir və elm dünyasında “metal dünya” kimi tanınır. NASA-nın rəsmi açıqlamalarında bildirilir ki, bu asteroid əsasən dəmir və nikeldən ibarətdir və onun parçalanmış bir planet nüvəsi ola biləcəyi ehtimal edilir. Məhz bu xüsusiyyətinə görə Psyche missiyası elmi baxımdan böyük əhəmiyyət daşıyır.Lakin bəzi media orqanlarında iddia edildiyi kimi, asteroidin “qızıl yatağı” olması və ya Yerə gətiriləcəyi təqdirdə qızılın dəyərdən düşəcəyi barədə fikirlər elmi faktlarla təsdiqlənmir. Alimlərin açıqlamalarına əsasən, 16 Psyche-də qızılın yüksək miqdarda olması barədə konkret sübut yoxdur. Aparılan araşdırmalar asteroidin əsasən sənaye metallarından ibarət olduğunu göstərir.Digər diqqətçəkən məqam isə “10 min katrilyon dollar” kimi təqdim olunan dəyər hesablamalarıdır. Bu rəqəmlər rəsmi elmi qiymətləndirmə deyil, sadəcə asteroidin ehtimal olunan metal kütləsinin Yer üzərindəki bugünkü bazar qiymətləri ilə nəzəri müqayisəsidir. Mütəxəssislər vurğulayırlar ki, bu cür hesablamaların real iqtisadi dəyəri yoxdur və praktik tətbiqi mümkün sayılmır.NASA-nın Psyche missiyasının əsas məqsədi də iqtisadi qazanc deyil. Kosmik agentlik asteroidə göndərilən aparat vasitəsilə planetlərin necə formalaşdığını, metal nüvələrin quruluşunu və Günəş sisteminin erkən mərhələlərini öyrənməyi hədəfləyir. Hazırkı texnologiya ilə asteroiddən metal çıxarılması və Yerə gətirilməsi mümkün deyil və yaxın perspektivdə də belə bir plan mövcud deyil.Nəticə etibarilə, 16 Psyche asteroidi elmi baxımdan son dərəcə maraqlı olsa da, onun “qızılı dəyərsiz edəcəyi” və ya “dünya maliyyə sistemini çökdürəcəyi” ilə bağlı yayılan xəbərlər daha çox sensasion xarakter daşıyır.Kənan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
demokrat.az

1Sources