EN

Qremmi mükafatı qazanan müğənni Trampı tənqid etdi VİDEO

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Amerikalı müğənni Billi Eiliş “Qremmi” mükafatını alarkən ABŞ-ı ciddi tənqid edib.

Globalinfo.az xəbər verir ki, o, ölkəsini başqa əraziləri ələ keçirməkdə günahlandırıb.

İfaçı amerikalıları Ağ Evin immiqrasiya siyasətinə qarşı mübarizə aparmağa çağırıb:

“Oğurlanmış torpaqlarda heç kimin qanunsuz yaşadığını deyə bilmərik. Biz mübarizə aparmağa, səsimizi çıxarmağa, etiraz etməyə davam etməliyik”.

Qeyd edək ki, B.Eilişin “Wildflower” adlı mahnısı “İlin mahnısı” mükafatını qazanıb.

Xatırladaq ki, bu yaxınlarda Minneapolisdə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) agenti basqın zamanı silahlı bir kişini güllələyərək öldürüb. ABŞ hakimiyyəti bildirib ki, zabit bunu həyatı üçün qorxduğuna görə edib. Yanvarın əvvəlində Minneapolisdə oxşar hadisə baş verib və qadın avtomobilini idarə edərkən ICE agenti tərəfindən vurulub.

Günel Cəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
globalinfo.az

1Sources