Deputat rəqəmsal platformalarla bağlı qanun layihəsinin hazırlanmasını təklif edib
Yaz sessiyasının gündəliyinə rəqəmsal platformalarla bağlı qanun layihəsi daxil edilməlidir.
aia.az xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Azay Quliyev söyləyib.
Onun sözlərinə görə, qanunda şəxslərin səsinin və görüntüsünün icazəsiz istifadəsi üçün cinayət məsuliyyəti müəyyənləşdirilməli, süni zəka ilə yaradılan materiallar isə müvafiq etiketlə təqdim olunmalıdır.
"Bu addımlar ictimaiyyəti və fərdi şəxsləri qorumaq, sosial media və rəqəmsal platformalarda məsuliyyət mexanizmlərini yaratmaq baxımından vacibdir",- parlament üzvü söyləyib.