EN

Hizbullah Suriyada aşkarlanan təxribat qrupunun ona aid olmadığını deyir

Hizbullah təşkilatı Suriyada sabitliyi qorumağa çalışır və Dəməşq hökumətinə qarşı təxribatçı fəaliyyətlə məşğul olmur.

Musavat.com xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidmətinin X-də yayımladığı bəyanatda qeyd olunub: "Müqavimət qüvvələri Suriya ərazisində yerləşmir və heç bir yerli partiya ilə əlaqəsi yoxdur. Hizbullah Suriyanın birliyinə sadiq olduğu və sabitliyi pozmağa yönəlmiş heç bir fəaliyyətlə məşğul olmadığı üçün hökumətin bütün şübhələri əsassızdır."

Qeyd edək ki, fevralın 1-də Suriya Daxili İşlər Nazirliyi Dəməşqdə yeraltı terrorçu dəstəsinin aşkarlanaraq və məhv edildiyini açqılayıb. Bu qrup Dəməşqin qərbindəki Mezzeh rayonuna bir neçə hücumda və orada yerləşən hərbi aerodromun atəşə tutulmasında iştirak edibmiş. Həbs zamanı raketlər, buraxılış qurğuları və dronlar müsadirə edilib. Suriya hakimiyyətinin məlumatına görə, saxlanılan bütün yaraqlılar Hizbullah tərəfindən işə cəlb olunduqlarını etiraf ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
olaylar.az

1Sources