EN

İlk fələstinlilər “Rəfah” məntəqəsi vasitəsilə Misirdən Qəzzaya daxil olublar

Bakı, 2 fevral, AZƏRTAC

İlk qrup fələstinli vətəndaşlar bazar ertəsi Misirdən Qəzzaya “Rəfah” sərhəd-keçid məntəqəsi vasitəsilə daxil olublar.

AZƏRTAC Fələstinin WAFA informasiya agentliyinə istinadla xəbər verir ki, keçid rəsmi olaraq vətəndaşların, xüsusən humanitar yardım alanların, o cümlədən xəstə, yaralı və pasport sahibi şəxslərin hərəkəti üçün açılıb.

Qeyd edək ki, “Rəfah” sərhəd-keçid məntəqəsi iki il bağlı qalmışdı və ABŞ Prezidenti Donald Tramp tərəfindən dəstəklənən sülh planının əsas hissəsi olaraq yenidən açılıb.

Chosen
12
4
azertag.az

5Sources