EN

Los Ancelesdə siyasi bəyanatlarla dolu gecə - QREMMİ-i sahiblərinə təqdim edildi

Los Anceles - Musiqi dünyasının ən prestijli mükafatlarından sayılan QREMMİ-i sahiblərinə təqdim edilib. Təntənəli gecənin aparıcısı məşhur komediyaçı Trevör Noa olub.

“Yeni Sabah” xəbər verir ki, gecənin ən böyük mükafatlarından biri olan “İlin Mahnısı” mükafatını “Vaɪldflauər” mahnısı ilə Billi İliş qazanıb.

Lady Gaga (Ledi Qaqa) builki mərasimin ən diqqət çəkən ulduzlarından biri olub. “Meyhem” albomu ilə fərqlənən dünya ulduzu həm “Ən yaxşı pop vokal albom”, həm də “Ən yaxşı rəqs-pop qeydiyyatı” mükafatlarını “Abrakadabra” mahnısı ilə qazanıb.

“İlin səsyazması” mükafatı ifa, səs yazısı və istehsal keyfiyyətini yüksək səviyyədə nümayiş etdirdiyi üçün Kendrik Lamar və SZA əməkdaşlığı olan “Lütər” mahnısına verilib.

Həmçinin bildirilib ki, “İlin albomu” mükafatının sahibi Bad Banninin “Debi Tirar Mas Fotos” albomu olub. “Ən yaxşı yeni ifaçı” mükafatına isə Oliviya Din layiq görülüb.

Rep musiqisi kateqoriyasında gecənin ən diqqət çəkən sənətçilərindən biri də Kendrick Lamar olub. O, “GNX” albomu ilə “Ən yaxşı rep albomu”, “TV Off” ilə “Ən yaxşı rep mahnısı”, “Lüter” ilə isə “Ən yaxşı melodik rep performansı” mükafatlarını qazanıb.

The Cure “Songs Of A Lost World” albomu ilə “Ən yaxşı alternativ musiqi albomu” mükafatını əldə edib. Rok musiqisi kateqoriyasında isə Turnstile “Never İnaf” əsəri ilə “Ən yaxşı rok albomu” mükafatına layiq görülüb.

Film və televiziya musiqisi sahəsində Ludviq Qoranssonn “Sinners” filmi ilə “Ən yaxşı film/TV musiqiləri albomu” mükafatını qazanıb. “K-Pop Demon Hunters” filmində yer alan “Qolden” mahnısı “Ən yaxşı vizual media üçün yazılmış mahnı” mükafatını qazanıb və bu sahədə bir ilkə imza atıb.

Təntənəli gecədə siyasi mesajlar

Bu ilki QREMMİ mərasimində ABŞ-nin miqrasiya siyasəti və ICE-nin (Miqrasiya və Gömrük Mühafizəsi İdarəsi) əməliyyatlarına qarşı tənqidlər bir çox çıxışın əsas mövzusu olub.

Billi İliş çıxışında miqrantlara qarşı əməliyyatlara diqqət çəkərək deyib ki, “heç kim oğurlanmış torpaqlarda “qanunsuz” deyil.

“Danışmalıyıq, səsimizi çıxarmalıyıq, etiraz etməliyik. Səsimiz önəmlidir”, gecənin əsas qalibi söyləyib.

Bad Bunny isə “Ən yaxşı musiqi albomu” mükafatını alarkən, “ICE uzqlaşdırılsın” mənasına gələn “ICE out” cümləsini işlədib. “Biz vəhşi deyilik. Heyvan deyilik. Kosmik varlıq deyilik. Biz insanıq. Biz amerikalıyıq. Bəzən nifrət ilə bulaşırıq. Amma nifrətlə mübarizə yolu daha çox nifrət deyil. İnsanlarımızı sevirik, ailələrimizi sevirik. Mübarizə varsa, sevgi ilə olmalıdır”, - mükafatçı bildirib.

Özünü “bir miqrantın nəvəsi kimi” təqdim edən Oliviya Din deyib ki, “burada olmağımın səbəbi bir qadının (nənəsinin) cəsarət edib yola çıxmasıdır”.

Qeyd edək ki, sənətçilərin etirazlarına səbəb olan hadisə ABŞ-dəki ICE (Miqrasiya və Gümrük Müfəttişliyi) agentliklərinin qaçqınlara qarşı tətbiq etdiyi sərt siyasət və qətllərlə nəticələnmiş əməliyyatlar olub.

 


Telegram kanalımız
Chosen
42
yenisabah.az

1Sources