EN

“Mən ixtisas üzrə artilleriyaçıyam” - Medvedev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev gəncliyində artilleriyaçı ixtisası aldığını deyib.

Herbiand.az bildirir ki, Medvedev bu açıqlamanı TASS, Reuters və Wargonzo layihəsinə verdiyi müsahibədə söyləyib.

“Əlbəttə ki, mən müxtəlif silahlardan atəş açmışam. Hər şey hərbi təhsil aldığım zaman başladı. Mən ixtisas üzrə artilleriyaçıyam”, - siyasətçi bildirib.

Onun sözlərinə görə, hələ də aktiv istifadədə olan D-30 haubitsasından atəş açmaq imkanına malik olub: “İndi də atəş aça bilərəm, xüsusən də bütün atəş parametrlərini təyin etmək üçün elektron vasitələrdən deyil, atəş idarəetmə cihazından istifadə etməklə. Leytenant olmaq üçün bütün bu aspektləri yaxşı başa düşmək lazım idi”.

Medvedev daha sonra müxtəlif silahlardan - avtomatlardan, snayper tüfənglərindən, tapançalardan və digər silah növlərindən də atəş açmalı olduğunu söyləyib: “Yeri gəlmişkən, bəzən deyildiyi kimi, bu, diqqəti yayındırır”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
2
herbiand.az

1Sources