ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
“Naxçıvan MR-in dövlət deyə tanıtımı konstitusiyadan çıxarılmalıdır”.
Bakupost.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Biz bu gün “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” qanun layihəsini qəbul edəcəyik. Burada bir məsələ diqqətimi çəkdi. Qeyd olunur ki, Naxçıvan MR Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Sonra isə qeyd edilir ki, Naxçıvan MR-in dövlət rəmzləri... Naxçıvan MR və dövlət anlayışı, ümumiyyətlə, konstitusiyada qeyd olunmamalıdır. Artıq ayrılmaz tərkib hissədirsə, orada başqa məsələləri xatırlatmaq yersizdir. Bu məsələyə diqqət yetirsək, yaxşı olar”, - millət vəkili qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.