İran Prezidentinin oğlu xalqa MÜRACİƏT ETDİ
Ajans.az xəbər verir ki, o, X sosial media platformasında paylaşdığı bəyanatda islahat və ümid mövzusuna toxunub. “İnsan ümidlə yaşayır — islahat ümidi ilə. Ümidini itirən ölüdür. İslahat isə ölməzdir. Ölüm islahat ümidini itirənlərin taleyidir”, — deyə Yusif Pezeşkian yazıb. Bu açıqlama ölkədə davam edən etirazlar və insan haqlarının vəziyyəti ilə bağlı artan narahatlıqlar fonunda diqqət çəkib. Nəşr müşahidəçilər tərəfindən mövcud siyasi sistem çərçivəsində islahatlara ehtiyatlı və ölçülü çağırış, eyni zamanda cəmiyyətdə ümidi qorumaq cəhdi kimi dəyərləndirilir.