EN

Marker hazırlığı kurslarına qeydiyyat müddəti uzadılıb - DİM

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili, ingilis dili,rus dili və informatika fənlərindən buraxılış və qəbulimtahanlarında istifadə edilən qiymətləndirmə materiallarınınişlənməsi, ekspertizası və yoxlanılması ilə bağlı müəllif, ekspertvə marker hazırlığı kurslarına qeydiyyat müddəti uzadılıb.

Trend xəbərverir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilir ki, hazırlıq kurslarında müəllimlər, metodistlər vəpedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriatsəviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələrivə həmin müəssisələrdə təhsilalan magistrlər də iştirak edəbilərlər.

Kurslarda iştirak etmək üçün qeydiyyat 2 fevral 2026-ci iltarixindən 30 mart 2026-cı il saat 23:59-dək uzadılıb.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqınınməbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlərDİM-in saytında “Şəxsi kabinet” yaratmalıdırlar. Kabinet yaradılanzaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçünmüxtəlif ödəniş üsullarından (ətraflı məlumat epayment.dim.gov.az saytında verilib) istifadə etməkolar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsaitqoyulduqdan sonra hazırlıq kurslarında iştirak etmək üçün “Elektronqeydiyyat”dan keçmək lazımdır.

Kursun sonunda iştirakçılar müvafiq fənlər üzrə yoxlamaimtahanından və kalibrləmə prosesindən (cavabı yazı ilə ifadəolunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsiləyoxlanılması) keçəcəklər. Həm yoxlama imtahanından, həm dəkalibrləmə prosesindən müvəffəqiyyətlə keçənlərin şəxsi məlumatlarıMərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlarasertifikat veriləcək.

Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriatsəviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələrivə həmin müəssisələrdə təhsilalan magistrlər üçün hazırlıqkurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyənşəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənnüzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatınəzərə alınacaq.

Chosen
15
5
az.trend.az

6Sources