EN

Ali Məclis sədri seçiləcək şəxsin 5 il Naxçıvanda yaşaması tələbi aradan qaldırılır

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin seçilməsinədair tələblər dəyişir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasındadəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində özəksini tapıb.

Mövcud qanunvericiliyə görə, Naxçıvan MR-in ərazisindəbeş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlərqarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığıolmayan Naxçıvan MR Ali Məclisinin hər bir deputatı Naxçıvan MR AliMəclisinin sədri seçilə bilər.

Təklif edilən dəyişikliyə əsasən, Naxçıvan MR Ali Məclisinin alitəhsilli hər bir deputatı Naxçıvan MR Ali Məclisinin sədri seçiləbiləcək.

Qanun layihəsi müzakirəyə çıxarılaraq ikincisəsvermədə qəbul edilib. İlk səsvermə 2025-ci iliyulun 8-də keçirilib.

Chosen
37
1
az.trend.az

2Sources