EN

Ali Məclisin buraxılması qaydası müəyyənləşir

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması qaydasımüəyyənləşir.

Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasındadəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində özəksini tapıb.

Qanun layihəsinə əsasən, Naxçıvan MR Ali Məclisi 31 deputatıntələbi ilə Naxçıvan MR Ali Məclisi tərəfindən və ya Konstitusiyanınmüvafiq maddələrində (26-cı maddənin II–V hissələri və və 27-cimaddə) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblərüzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidentitərəfindən buraxılacaq.

Həmçinin növbədənkənar seçkilərdə seçilən Naxçıvan MR AliMəclisinin çağırışının səlahiyyət müddəti 5 ildən az ola bilər. Buhalda Naxçıvan MR-in Ali Məclisinə növbəti seçkilər növbədənkənarseçkilərdə seçilən Naxçıvan MR Ali Məclisinin çağırışınınsəlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazargünü keçiriləcək.

Qanun layihəsi müzakirəyə çıxarılaraq ikincisəsvermədə qəbul edilib. İlk səsvermə 2025-ci iliyulun 8-də keçirilib.Məlumat üçün bildirək ki,Konstitusiyanın 26-cı maddəsinin II-V hissələriaşağıdakılardır:

  • Naxçıvan MR Baş nazirinin, Naxçıvan MR Ali Məhkəməsinin vəNaxçıvan MR Prokurorluğunun qanunvericilik təşəbbüsü qaydasındaNaxçıvan MR Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərarlayihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsəqoyulur;
  • Belə qanun və ya qərar layihələrində dəyişikliklərqanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığıilə edilə bilər;
  • Naxçıvan MR Ali Məclisi deputatlarının Naxçıvan MR Başnazirinin, Naxçıvan MR Ali Məhkəməsinin və Naxçıvan MRProkurorluğunun Naxçıvan MR-in Ali Məclisinə təqdim etdiyi qanun vəqərar layihələri iki ay ərzində səsə qoyulur.;
  • Qanun və qərar layihəsini Naxçıvan MR Ali Məclisinindeputatları, Naxçıvan MR-in Baş naziri, Naxçıvan MR Ali Məhkəməsivə Naxçıvan MR-in Prokurorluğu təcili elan edibsə, bu müddət 20 güntəşkil edir.

Bundan əlavə, 27-ci maddədə bildirilib ki, qanunlar və qərarlarqəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan MR Ali Məclisininsədri tərəfindən imzalanır. Təcili elan olunan qanun və qərarlayihəsi Naxçıvan MR Ali Məclisinin sədri tərəfindən qəbul edildiyigündən 24 saat ərzində imzalanır.

Chosen
20
2
az.trend.az

3Sources