Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləriartırılır.
Trend xəbərverir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasındadəyişikliklərin təsdiq edilməsi haqqında" qanun layihəsində özəksini tapıb.
Qanun layihəsinə əsasən, Naxçıvan MR Nazirlər Kabineti muxtarrespublikanın dövlət büdcəsində icra hakimiyyəti üçün nəzərdətutulmuş xərclər çərçivəsində Azərbaycan RespublikasınınPrezidentinin razılığı ilə mərkəzi icra hakimiyyəti orqanlarınıyaradacaq və ləğv edəcək.
Həmçinin bu Konstitusiyaya uyğun olaraq Naxçıvan MR-də icrahakimiyyətini həyata keçirməsindən irəli gələn məsələləri, həmçininAzərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aidetdiyi digər məsələləri həll edəcək.
Qanun layihəsi müzakirəyə çıxarılaraq ikincisəsvermədə qəbul edilib. İlk səsvermə 2025-ci iliyulun 8-də keçirilib.