EN

Kasıb ailədə böyüdü, mədrəsəyə getdi, işdən qovuldu, milyonçu oldu Xabi Leym kimdir? VİDEO

ain.az, Olke.az saytına istinadən bildirir.

Sosial şəbəkələrdə qəliz tapşırıqların sadə yolla həllini göstərən və heç vaxt səsini eşitmədiyimiz Xabi Leymin videosu hamımızın qarşısına azı bir dəfə də olsun çıxıb.

Bu günlərdə brend hüquqlarını təxminən 900 milyon dollara satmağa hazırlaşan  Xabi Leym pandemiyanın milyonçu etdiyi şəxslərdən biridir.

Ölkə.Az məşhur influnser haqqında maraqlı faktları təqdim edir:

Tam adı Xabane Leym olan influnser 9 mart 2000-ci ildə Seneqalın Dakar şəhərində müsəlman ailəsində anadan olub.  Onun adı orijinalda“K-ABBY LAH-MAY kimi tələffüz edilir.  Ailəsi o, bir yaşında olanda İtaliyaya köçüb və Turin yaxınlığındakı Çivassoda ictimai yaşayış kompleksində yaşayıb.

O, italiyan xəbər kanallarından birinə müsahibəsində müsəlman olmasından danışıb: “Bəli, dindar bir müsəlmanam. Başqa nə deyə bilərəm ki”.

Bir yaşından bəri İtaliyada yaşayan Leym italyan dilində sərbəst danışır. Onun üç bacı-qardaşı var. 14 yaşına qədər İtaliya məktəblərində oxuyub, valideynləri onu müvəqqəti olaraq Dakar yaxınlığındakı bir mədrəsəyə gedib.

Leym 2020-ci ilin mart ayında işdən çıxarılmazdan əvvəl Turin yaxınlığındakı bir fabrikdə CNC dəzgah operatoru işləyirdi.

COVID-19 pandemiyası zamanı işdən çıxarıldıqdan sonra o, TikTok-da paylaşım etməyə başlayıb. İlk videolarında Leymin rəqs etdiyi və video oyunlar izlədiyi görünür. O, TikTokda mürəkkəb həyat hiylələrini əks etdirən videolara cavabları ilə populyarlıq qazanıb. Videolarda o, eyni tapşırığı heç nə demədən sadə bir şəkildə yerinə yetirir və ardınca imzalı əl jesti ilə çıxış edir.

2021-ci ilin avqustunda Leym “Yuventus” klubunun Manuel Lokatelli elanında iştirak edib. 2021-ci ilin sentyabrında xüsusi qonaq kimi Venesiya Film Festivalına qatılıb. 

Xabi 2022-ci ildə “Forbes”İn 30 yaşdan aşağı 30 ən yaxşı məzmun yaradıcısı siyahısında yer alıb. Həmin ildə “Afrika moda qapısı” təşkilatının hər il Avropa Parlamentində verdiyi “Moda Geyimləri Sülh Mükafatı”na layiq görülüb.

2022-ci ildə Leym dünyada ən çox izlənən tiktoker adını qazanıb.

2022-nin çoxlu uğurlar qazandırdığı leym həmçinin Kann Festivalında münsiflər heyətinin üzvü kimi iştirak edib, orada TikTok qısametrajlı filmlərini qiymətləndirib. Həmçinin o, 12-ci “Streamy” Mükafatlarında Beynəlxalq kateqoriyada qalib gəlib.

Cəmi 2 il ərzində qazandığı populyarlıq Xabini təkcə kasıbdan zənginə çevirməyib, ona həmçinin 2022-ci ildə italiya hökuməti tərəfindən vətəndaşlıq da verilib. Buna baxmayaraq Xabi deyir ki, özünü həmişə italyan kimi hiss edib və bunun üçün xüsusi bir sənədə ehtiyacı olmayıb.

2023-cü ildən bəri Leym beynəlxalq “istedad” şousunun İtaliya versiyasında münsif kimi çalışıb.

2023-cu ildə Vendi Tembelihle Cul ilə evləndiyi açıqlayan tiktoerin münasibəti cəmi bir il sonra boşanma ilə nəticələnib.

Leym 2024-cü ildə çəkilmiş "Pis Oğlanlar: Gəz və ya Öl" döyüş komediya filmində qısa, danışıqsız kameo rolunu oynayıb. Həmin il Leymin ssenarisiz komediya serialı "Xabi Amerikaya Gəlir"in premyerası baş tutub.

2025-ci ildə Leym vizasının vaxtı bitdiyi üçün ABŞ-də saxlanılıb və barəsində həbs qərarı verilib. O, saxlanıldığı gün özünü deportasiya etmək seçimini edib ABŞ-ni tərk edib.

2025-ci ildə onun adı dünyanın hər yerindən ən nüfuzlu 100 rəqəmsal yaradıcını tanıyan ilk “Taym 100” Yaradıcılar siyahısına daxil edilib.

Bu ilin yanvarında isə  “Rich Sparkle Holdings” leymin “Step Distinctive Limited” şirkətini 975 milyon dollara almaq üçün müqavilə imzalayıb. Bu müqavilə Leymin biometrik məlumatlarından istifadə edən süni intellekt "rəqəmsal əkiz"inin yaradılmasını nəzərdə tutur.

Xabi Leymin populyarlığı onun sosial şəbəkə üçün yaratdığı məzmunların tamamilə orijinal olması ilə əlaqələndirilir. Həmçinin qeyd olunur ki, Leymin işinin cəzbedici olması onun özünəməxsusluğu və çox səy göstərməməyə diqqət çəkməsi ilə bağlıdır.

2026-cı ilin yanvar ayına olan məlumata görə, TikTok-da ən çox bəyənilən 25 videodan altısı onundur.

Xabi leym videolarında danışmamaq ideyasının onda necə yarandığını belə izah edir: “Mümkün qədər çox insana çatmaq üçün bir yol fikirləşirdim. Və ən yaxşı yol danışmamaq idi. Həmin hərəkət isə təsadüfən üzə çıxdı”.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
1
olke.az

2Sources