EN

Rektorlardan gənclərə təbrik: “Universitetimiz sizinlə yüksələcək!”

2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. 

Universitet rektorları öz feysbuk hesablarında paylaşımlar edərək, gəncləri bu  münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

AzEdu.az Təhsil Portalı rektorların paylaşımlarını təqdim edir. 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov:

"Gününüz mübarək, əziz gənclər!

Hər birinizi təbrik edir, ən xoş arzularımı çatdırıram!

Allah hər birinizi qorusun".

176909

Mingəçevir Dövlət universitetinin (MDU) rektoru Anar Eminov:

"2 Fevral - Azərbaycan Gəncləri Günüdür!

Bu əlamətdar gün münasibətilə Mingəçevir Dövlət Universitetinin gənc əməkdaşlarını, tələbə və magistrantlarını səmimi-qəlbdən təbrik edirəm!

Gənclərimizi Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin yaratdığı geniş imkanlardan maksimum yararlanmağa çağırıram.

Əminəm ki, MDU gəncliyi əldə etdiyi bilik və bacarıqlarla ölkəmizin dayanıqlı inkişafına bundan sonra da dəyərli töhfələr verəcək.

Azərbaycan gəncliyi ilə fəxr edirik! Gününüz mübarək!

Universitetimiz Sizinlə böyüyəcək, Sizinlə yüksələcək!".

176911

176924

Qarabağ Universitetinin rektoru Şahin Bayramov:

"Qürur duyuruq!".

176915

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Rüfət Əzizov:

"2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ölkəmizin bütün gənclərini səmimi-qəlbdən təbrik edirəm! Gənclərimizin elmi potensialı, yaradıcılıq və təşəbbüskarlığı ölkəmizin gələcəyinin əsas dayağıdır. Uğurlarınız daim bol olsun!".

176916

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov:

“2 Fevral - Gənclər Günü bayramınız mübarək!”.

176918

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev:

"2 Fevral – Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyevin gənclərə olan dərin inamının və uzaqgörən dövlət siyasətinin nəticəsi kimi tarixə düşüb. 1996-cı ildə keçirilən ilk Azərbaycan Gənclər Forumu ilə əsası qoyulan bu yol artıq 30 ildir ki, ölkəmizin gələcəyini formalaşdıran güclü, savadlı və məsuliyyətli gənclik yetişdirir.

Bu siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin təhsili, inkişafı və dövlət idarəçiliyində fəal iştirakı ölkənin strateji prioritetləri sırasındadır.

Bakı Dövlət Universiteti olaraq biz bu siyasətin fəal iştirakçısı olmaqdan qürur duyuruq. Bütün gənclərimizi 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə ürəkdən təbrik edir, onlara inamlı və uğurlu gələcək arzulayıram".

176917

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev:

176919

 

Chosen
6
azedu.az

1Sources