EN

Aydın Süleymanlı: "Niderlandda keçirilən turnirdəki nəticəmdən çox da razı qalmadım"

Niderlandda keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutan Azərbaycan şahmatçısı Aydın Süleymanlı nəticədən çox da razı qalmayıb.

20 yaşlı qrossmeyster bu barədə "Report"a açıqlama verib.

O, "Tata Steel Challengers" yarışı ilə bağlı fikirlərini bölüşüb:

"Nəticəmdən çox da razı qalmadım. Səhvlərdən dərs çıxarmağa çalışacağam. Növbəti turnirlərdə daha yaxşı oyun göstərmək niyyətindəyəm".

A.Süleymanlı yarışa çox yaxşı start verdiyini sözlərinə əlavə edib:

"Sonra bir neçə oyunda heç-heçə etdim. Daha sonra özümü yenidən toparladım və çox yaxşı oynamağa başladım. Son turdan əvvəl birinci pillədə idim, lakin sonuncu turda çox pis oyun nümayiş etdirib məğlub oldum və üçüncülüklə kifayətləndim".

Qeyd edək ki, Aydın Süleymanlı "Tata Steel Challengers"də 13 turda 9 xal toplamaqla üçüncü yeri tutub.

Chosen
43
far.az

1Sources