Bakı. Trend:
“Baku Network” platformasında “Tofiq Abbasovla Dialoq” analitikvideolayihəsinin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verirki, verilişin bu dəfəki qonağı Azərbaycanın Xalq artisti, Bülbüladına Orta İxtisas Musiqi Məktəbinin direktoru, dirijor TeymurGöyçayev olub.
O bildirib ki, regionumuza yeni nəfəs gətirmək lazımdır:
"Biz hərbi qarşıdurmanın çətin mərhələsindən keçmişik, sonra isəyadlaşma divarları peyda oldu. İndi bu divarları dağıtmaq,insanlara gələcəyə inam və ümid aşılamaq lazımdır. Musiqi buprosesdə çox böyük rol oynaya bilər – o, birləşdirir, çünkimusiqiçilərin bir dili var, o da notlardır”.
Göyçayev vurğulayıb ki, məhz musiqi vasitəsilə xalqlar arasındakörpülər qurmaq, təbii insani ünsiyyəti bərpa etmək mümkündür.
O, gənclərin tərbiyəsinə xüsusi önəm verdiyini qeyd edib.
“Mən şagirdlərimə həmişə deyirəm: siz planetinvətəndaşlarısınız, musiqinin milliyyəti yoxdur. İncəsənət –ölkəsindən və ya inancından asılı olmayaraq hər kəs üçün anlaşılanbir dildir”, – deyə dirijor bildirib.
Onun sözlərinə görə, bu gün Azərbaycan ölçülüb-biçilmiş,sülhpərvər mövqe nümayiş etdirir.
“Sülh hamı üçün faydalıdır. Müharibələri qızışdıranlar qanüzərindən qazanc əldə edirlər, bizə isə düşmənçilik olmadan gələcəkqurmaq lazımdır”, – deyə Göyçayev qeyd edib.
O bildirib ki, rəhbərlik etdiyi məktəbdə 380-dən çox uşaq təhsilalır və müəllimlərin vəzifəsi təkcə musiqi öyrətmək deyil, həm dəmənəvi cəhətdən yetkin şəxsiyyət formalaşdırmaqdır.
“Əgər müəllim yaxşılıq daşıyırsa, uşaqlar bunu hiss edirlər.Əgər pedaqoq nifrətdən danışırsa, onlar da nifrət edəcəklər. Onagörə də aşılamaq lazımdır ki, dünya kiçikdir, istəsən də, istəməsəndə dost olmalısan. Bunu isə musiqi vasitəsilə izah etmək ən asanyoldur”, – deyə o bildirib.
Xalq artistinin sözlərinə görə, Azərbaycan musiqi məktəbi həmişəyüksək peşəkarlığı ilə seçilib.
“Bizim məzunlarımız xaricdə nüfuzlu konservatoriyalara qəbulolunur, müxtəlif ölkələrin orkestrlarında çalışırlar. Bu, böyükzəhmətin nəticəsidir. İstedad bir faizdirsə, doxsan doqquz faizigündəlik zəhmətdir. Mən şagirdlərimə deyirəm: dünya səhnəsindəhörmət qazanmaq istəyirsinizsə, peşəkar olun”, – deyə Göyçayevvurğulayıb.
Söhbəti yekunlaşdıran maestro əminliyini ifadə edib ki,münaqişələrin nəticələrinin aradan qaldırılmasında məhz incəsənətmühüm rol oynayacaq.
“Rostropoviç dağıdılmış Berlin divarının yanında ifa edəndəsülhə olan inamını ifadə edirdi. Biz də ifa etməliyik – həmbirbaşa, həm də məcazi mənada. Musiqi ruhları sağaldır, insanlarıyaxınlaşdırır və ən möhkəm divarları belə dağıtmağa qadirdir. Bu,sülhə aparan yolumuzdur”, – deyə Teymur Göyçayev yekunlaşdırıb.
Verilişin tam videoburaxılışını təqdim edirik.