EN

Səhiyyə Nazirliyinin mütəxəssisi uşaqlarda skoliozla bağlı valideynlərin bilməli olduğu vacib məqamları açıqladı (FOTO)

Bakı. Trend:

Bir çox valideyn uşaqlarda və yeniyetmələrdə skolioz (onurğasütununun yana əyriliyi) hallarını yalnız məktəb müayinələrində vəya artıq qabarıq əlamətlər ortaya çıxanda aşkar edirlər. Lakinerkən aşkarlanma və düzgün tibbi müdaxilə ilə skoliozunağırlaşmasının qarşısını almaq mümkündür.

Trend xəbərverir ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya vəOrtopediya İnstitutunun radioloqu Çimnaz Şeyxova skolioz haqqındaən vacib məqamları – səbəbləri, tipləri, dərəcələri, diaqnostikasıvə müalicə yollarını açıqlayıb.

– Çimnaz xanım, ilk olaraq izah edərdiniz: skolioznədir?

– Onurğa sütunu insan skeletinin mərkəzi hissəsinin təşkil edirvə fəqərə adlanan anatomik orqanlardan ibarətdir. Onurğa sütununun5 hissəsi var. Bunlar 7 fəqərədən ibarət boyun hissəsi, 12fəqərədən ibarət döş hissəsi, 5 fəqərədən ibarət bel hissəsi, 5fəqərədən ibarət oma hissəsi və 4 fəqərədən ibarət büzdümhissəsi.
Onurğa sütununun boylama oxu düzdür, yəni ona öndən baxdıqda onurğadüz xətt kimi görünür. Onurğa sütununun yana əyilməsi xəstəlikhesab olunur və skolioz adlanır.
Onurğa sütununun yandan görünüşündə isə önə və arxaya olmaqlaəyriliklər var. Bunlar önə lordoz, arxaya kifoz olmaqla, iki tipdəolur. İki təbii fizioloji lordoz (boyun və bel lordozu) və birtəbii fizioloji kifoz (döş kifozu) vardır. Bu təbii fiziolojilordoz və kifozlarda dəyişikliklər baş verdikdə də xəstəlik sayılırvə hiperkifoz və ya hiperlordoz adlanır.

– Skoliozların yaranma səbəbləri nədir?

– Skoliozların təqribən 80%-in səbəbi bilinmir, yəni idiopatikhesab olunur və uşaqlar, gənclər, yaşlılarda baş verən skoliozlarolaraq 3 yerə bölünür.
Skoliozların digər 20% isə etiolojik olaraq bir neçə qurupabölünür.
Bunlar anadangəlmə inkişaf qüsurları, fəqərələrin anadangəlməqüsurları hesabına yaranan, fəqərə ageneziyaları (fəqərələrinanadan gəlmə inkişaf etməməsi), blok vertebra (iki və ya daha artıqfəqərənin müxtəlif dərəcədə bir-birinə birləşməsi) və s.skoliozlardır.
Qazanılmış skoliozlar şiş xəstəlikləri, onların müalicəsi və yatravmalardan sonra yaranan skoliozlardır.

– Skoliozların hansı tipləri var?

– Skoliozlar daha çox “C-vari” və “S-vari” şəklində müşahidəedilir. Bunlar formaca adını aldıqları hərflərə oxşadıqlarına görəbelə adlandırılırlar.

“C-vari” skoliozlar da öz növbəsində əyriliyin istiqamətinə görəsağa (dekstroskolioz) və sola (levoskolioz) olmaqla iki qrupaayrılır.

Bəzən əyriliklər ikidən daha çox istiqamətdə ola bilir ki,bunlar da qarışıq tip skoliozlar hesab edilir.

– Soliozların hansı dərəcələri var?

– Onurğanın yana əyriliyinin ağırlıq dərəcəsi Cobb bucağı iləölçülür və 4 dərəcəyə ayrılır.
Belə ki, I dərəcə skolioz: Cobb bucağı 100- yə qədər olan skolioz,başlınğıc dövr skolioz adlanır və daha çox rast gəlinir.

II dərəcə skolioz: Cobb bucağı 100- dən 250- yə qədər olanskoliozlardır.

III dərəcə skolioz: Cobb bucağı 250- dən 500- yə qədər olanskoliozlardır.

IV dərəcə skolioz: Cobb bucağı 500- dən yuxarı olanskoliozlar.

Skoliozların bu cür dərəcələrə bölünməsi biz həkimlərə skoliozunağırlığını dəqiqləşdirməklə bərabər, hansı müalicə tipininseçilməsi haqqında da fikir formalaşdırmağa kömək edir.Skoliozların dərəcəsi ilə bərabər, hansı yaşda izlənməsi dəəhəmiyyətlidir. Məsələn, uşaq yaşlarda izlənən birinci dərəcəskoliozlar əhəmiyyətli hesab olunur və müalicəyə ehtiyac duyulur.Bunun səbəbi uşaqlarda skeletin hələ tam formalaşmaması və xüsusənyeniyetmə yaşlarda sürətli boyatma hesabına skoliozun dərəcəsininağırlaşma ehtimalının yüksək olmasıdır.

– Skoliozlar necə təyin olunur?

– Xüsusən birinci dərəcəli, yəni başlanğıc dövr skoliozlar çoxvaxt uşaq həkimlərinin poliklinika və ya müxtəlif digər səbəblərdənaparılan rentgen müayinələri zamanı təsadüfən aşkarlanır. Digərtərəfdən isə birinci dərəcəli skolioz xəstələrdə hansısa şikayətəsəbəb olmur. Bu səbəbdən də adətən skoliozlar daha gec dövrlərdə vədaha ağır formalarda aşkarlanır.

Daha ağır dərəcəli skoliozlarda isə skoliz, hətta xəstəyaxınları və ya xəstənin özü tərəfindən belə aşkarlana bilir vəxəstələrdə qamətin pozulması, ağrı və ya digər şikayətlərlə özünübüruzə verir.

– Skoliozların rentgen müayinəsi necəaparılmalıdır?

– Skoliozların rentgen müayinəsi həkim göndərişi əsasındaolmalıdır. Hətta uşaqlarda skolioz şübhəsi olduqda belə,valideynlər əvvəlcə uşaq həkimlərinə müraciət etməlidirlər. Əgəruşaq həkimləri də skoliozdan şübhələnərsə, rentgen müayinəsinəgöndəriş verməli və yalnız bundan sonra rentgen müayinəsiaparılmalıdır. Bu halda, yəni həkim göndərişi ilə rentgen müayinəsiaparıldıqda uşaqların və hətta bütün yaş qrupuna aid olanlarıngərəksiz rentgen şüalarına məruz qalmasının qarşısı alınabilər.

– Əgər skolioz olduğu təsdiqlənərsə, nə vaxt sonrakontrol rentgen müayinələrinsdən keçə bilər?

– Çox vaxt müalicələrdən sonrakı nəticəni görmək üçün kontrolrentgen müayinə olunması qərarını xəstələr və ya xəstə yaxınlarıverir. Əlbəttə bu da yolverilməzdir. Müayinələr müalicələrə nəzarətetmək üçün müalicə həkimlərinə lazımdır və ancaq müalicəhəkimlərinin təyin etdiyi vaxtlarda aparılmalıdır.

– Skoliozların müayinəsində KT və MRT müayinələrininrolu nədir?

– Skoliozun aşkarlanması və ağırlıq dərəcəsininmüəyyənləşdirilməsi rentgen müayinəsi vasitəsi ilə aparılır. Ənəhəmiyyətli məsələ, sadəcə rentgen müayinəsinin ayaqüstü vəziyyətdəaparıla bilməsidir. Lakin, xüsusən anadangəlmə fəqərə qüsurlarınınmüayinəsində KT müayinəsi, fəqərə qüsurları ilə yanaşı onurğa beyinqüsurlarının müayinəsində isə MRT müayinəsi əvəzolunmaz və çoxinformativdir. KT müayinəsi zamanı 3D görüntülərin alınması, buşəkildə patologiyanın 3D formatında dəqiq təsvir edilməsi vəcərrahlarda aydın fikir formalaşdırılmasında KT müayinəsi çoxəhəmiyyətlidir. Eyni zamanda yanaşı onurğa beyin qüsurlarınındiaqnostikasında və aparılacaq cərrahi əməliyyat metodunundəqiqləşdirilməsində də MRT müayinəsi əvəzedilməzdir.

– Skoliozların müalicəsi necə aparılır?

– Müalicə üçün ilk əvvəl skoliozun dərəcəsi müəyyən edilməlidir.Xəstədə rentgen müayinəsi ilə skoliozun ağırlıq dərəcəsi ölçülür.Bu zaman xüsusən kiçik yaşlı uşaqlarda müayinələrin düzgünaparılması əhəmiyyətlidir. Müayinə zamanı xəstə bacardığı qədərqamətini düz saxlamalıdır ki, skoliozun dərəcəsində yanlış artmaolmasın. Rentgen müayinəsi əsasən ayaq üstü vəziyyətdə aparılır.Çünki, bədənin təbii fizioloji vəziyyəti ayaq üstü vəziyyət hesabolunur. Bəzən isə, xəstənin vəziyyəti imkan vermədikdə və yamüalicə həkimi tərəfindən müalicənin effektivliyinindəqiqləşdirilməsi lazım gəldikdə, müayinə xəstənin uzanmışvəziyyətində aparılır. Qeyd edək ki, bu halda müayinənin hansıvəziyyətdə aparıldığı rentgen müayinəsinin nəticəsindəbildirilməlidir.

Skoliozun müalicəsində hansı metodun seçilməsi məhz skoliozunağırlıq dərəcəsindən asılıdır. I dərəcə skoliozlar əsasən uşaqlardavə yeniyetmələrdə aşkarladıqda müalicəyə ehtiyac duyulur və buzaman əsasən konservativ müalicədən, fizioterapiya müalicəmetodlarından, müalicəvi idmanla terapiyadan və s. istifadə olunur.Buradakı əsas məqsəd, xüsusən uşaqlarda və yeniyetmələrdə,skoliozun müalicəsindən də daha çox ağırlaşmasının qarşısınınalınması istiqamətində olur. Çünki daha əvvəl də qeyd etdiyimizkimi uşaqlarda boyatma dövründə skoliozun inkişafı ehtimalıyüksəkdir.

II, III dərəcə skoliozlar daha ciddi skoliozlar hesab olunur vəbu zaman müalicə metodlarına korsetlər də daxil olmaqla, digərmetodlar əlavə edilir.

IV dərəcə skoliozlarda isə daha radikal müalicə metodu cərrahimüalicə metodları hesab edilir. Bu zaman əsasən 18 yaş və dahayuxarı yaşlı pasiyentlərdə müxtəlif transpedikulyar fiksasiyaəməliyyatları icra edilir.

– Sonda oxucularımıza nə tövsiyə edərdiniz?

– Məsləhətimiz, ilk növbədə valideynlərin övladlarına diqqətləyanaşmaları, onlarda hiss etdikləri ən kiçik skolioz şübhəsindəhəkimə müraciət etmələridir. Çünki skolioz da digər bütünxəstəliklər kimi nə qədər tez aşkarlanarsa, o qədər uğurla müalicəolunar. Digər tərəfdən xəstələrə və xəstə yaxınlarına məsləhətimizskoliozun müalicəsində səbirli olmalarıdır. Çünki skoliozlarınmüalicəsində nisbətən daha uzun müddətə ehtiyac duyulur.

Skolioz müalicə oluna bilən xəstəliklər qrupuna aiddir, sadəcəvaxtında, düzgün və səbirli müalicə ilə çox yaxşı nəticələr əldəetmək mümkündür.

Səhiyyə
Chosen
4
3
az.trend.az

10Sources